DSX-nın kapitanı Elnarə: “Fəxr edirəm ki, sərhədçiyəm” – FOTO

Müğənni Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının peşə bayramı ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, DSX-nın kapitanı olan sənətçi instaqram hesabında sərhədçi olmağıyla fəxr etdiyini yazıb:

“Əziz sərhədçilər, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. İşlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram. Vətən sərhəddən başlayır. Mən fəxr edirəm ki, sərhədçiyəm” – deyə E.Xəlilova bildirib.

Qeyd edək ki, 10 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR