Binəqədidə uzunluğu 800 metr olan yol təmir edilir -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi qəsəbəsinin I Mədən küçəsi, II korpus ünvanında təmir işləri aparır.

Metbuat.az-a bu barədə Agentliyin mətbuat xidmətindən məlumat yayıb.

Məlumata görə, ümumi uzunluğu 800, ortalama eni 5 metr olan küçənin təmir işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür. Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR