Hövsanda məktəb direktoruna qarşı aksiya: 21 yaşlı gənc öldü

Hövsanda məktəb direktoruna qarşı aksiya: 21 yaşlı gənc öldü
12:04 19 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilir. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, etiraz aksiyasında iştirak edənlər bildiriblər ki, 118 saylı məktəbin direktoru Qardaşxan Kərimov məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir edib. Bundan hiddətlənən valideynlər isə məktəbin qarşısına toplaşaraq direktorun cəzalanmasını tələb ediblər.

 

“Müəllimlərdən biri uzun müddətdir işə çıxmırmış. Şagirdlər bununla bağlı direktora müraciət edərək, onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Direktor isə bunun cavabında “Atanız evə gəlməyəndə onu başqa kişi əvəz edir?” – deyə şagirdlərə təhqiramiz sözlər işlədib”. Bunu Lent.az-ın əməkdaşına valideynlərdən biri söyləyib.

 

Direktorun şagirdləri təhqir etməsi qəsəbə sakinlərinin etirazına səbəb olub: “Ötən həftə sakinlər məktəbin qarşısına toplaşıblar. Onlar direktorun istefasını tələb ediblər. Bu gün səhər isə məktəb direktoru ilə qəsəbə sakinləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı qəsəbə sakini Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Qəsəbə sakinləri E. Əliyevin 21 yaşında olduğunu və hərbi xidmətdən yeni qayıtdığını bildiriblər”.

 

Hazırda qəsəbədə etiraz aksiyası davam edir. Təhsil Nazirliyindən hadisə yerində kimsə yoxdur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR