Mart ayında Pakistana səhvən raket atan Hindistan ordusunun 3 zabiti vəzifəsindən uzaqlaşdırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, zabitlər səhvən 3 raketi işə salıb. Məlumata görə, zabitlər raketləri yoxlamadan keçirərkən səhvən işə salıb. Raketlərdən biri Pakistanın Pəncab əyalətinə düşüb. Raketin döyüş başlığı olmadığı üçün fəsadlar olmayıb. Bununla belə, Pakistan tərəfi Hindistana etiraz notası vermişdi.