Azərbaycanın Xankəndi şəhərində partlayış qeydə alınıb.
Metbuat.az Ermənistan mənbələrinə istinadən xəbər verir ki, partlayış binaların birində olub. Binada əvvəlcə yanğın başlayıb. Ardınca partlayış səsi eşidilib. Hadisənin səbəbləri barədə məlumat yoxdur. Sosial media istifadəçilərinin iddiasına görə, partlayışa qaz balonu səbəb ola bilər. Görüntülər sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. Rəsmi məlumat yoxdur.