Çin ordusu hərbi qüvvələrini Tayvan adası ətrafından geri çəkməyib.
Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ada ətrafında Çinin 8 hərbi gəmisi və 23 təyyarəsi var. Həmçinin, Çinə məxsus dronlar Tayvana məxsus ərazilər ətrafında uçuşlar həyata keçirir. Məlumata görə, Çin ordusu Tayvanın elan etdiyi Hava Hücumundan Müdafiə Təsnifat Zonasına daxil olub. Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, Çinin hərbi həmlələri yaxından təqib edilir.