Narkoloq "ağ ölüm"ün qurbanlarından danışdı:

Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıqlar insan ölümünə səbəb olursa, "ağ ölüm" adlandırdığımız narkomaniya insanları tədricən məhv edir, daha sonra ölümə sürükləyir.

Hazırda ölkəmizdə narkotik aludəçilərinin sayı gündən-günə artır. Narkotik alverçilərinə qarşı da dövlət tərəfindən sərt tədbrilər görürlür. Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Bölməsi tərəfindən hər gün əməliyyatlar keçirilir. Lakin bu tədbirlər belə ölkədə narkotik alverçilərinin, aludəçilərinin sayını azaltmır.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyul aylarının yekununa dair məlumatlarda qeyd olunur ki, DİN tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 50640 nəfər göndərilib. Tibbi müayinədən keçirilmiş 1963 nəfərindən 1410-nun istifadəçi olması müəyyən olunub.

Heç kimə sirr deyil ki, vaxtında bu aludəçilikdən qurtulmayanda insanı faciəvi ölüm gözləyir. Bəs narkotikə qurşanmağın qarşısını necə almaq olar?

Psixiatr-narkoloq Asif Kəngərli Metbuat.az-a bildirdi ki, valideynlər övladlarını düzgün maarifləndirmir. Bu da onların "ağ ölüm" adlı bəladan kifayət qədər məlumatsızlıqlarına səbəb olur:

"Nakotik maddələrin qəbulu insanı hər şeydən - adından, sağlamlığından, ailəsindən, işindən, pulundan məhrum edir. Burada valideynlər də diqqətli olmalıdır. Uşaqları ərköyün böyütmək olmaz. Belə uşaqların əksəiyyətinin sonradan narkotik aludəçilərinə çevrilmə ehtimalı var. Uşaqları maarifləndirmək lazımdır, uşaqlara kitablar oxutdurmaq, filmlər izlətmək lazımdır. Valideyn var ki, uşağına 30 minlik maşın alır, ev alır, hər şey edir. Amma maarifləndirmədirilməsi, dünyagörüşü haqqında fikirləşmirlər. Sadaladığım tədbirlər görülsə, uşaq biləcək ki, narkotik qəbulu insanları hansı bəlalalara sürükləyə bilər".

Asif Kəngərli narkomanların əksəriyyətinin gənc yaşda olduğunu deyir:

"Əvvəllər 35-40 yaşlarında xəstələr bizə müraciət edirdisə, hazırda 20-25 yaşlarında olan gənclər var. Hətta 17 yaşında olan gənclərın valideynləri övladlarından şübhələndikləri üçün onları müalicəyə gətirirlər.

Təbii ki, müalicə də Narkoloji Dispanserdə aparılır. Nisbətən yüngül xəstələrə evdə müalicə aparılır, daha ağır xəstələr isə mütləq xəstəxanada müalicə almaldır".

Qeyd edək ki, narkotiklərlə mübarizə sahəsində Asif Kəngərli "Tütünçəkmə barədə hər şey", "Alkoqol - sağlamlığın və sağlam həyat tərzinin düşməni", "Narkotik maddə - ailəvi qırğın "silahı", "Bəla" adlı kitabların da müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR