"Kral Rent a Car" 2010-cu ildə təsis edilən avtomobil icarəsi şirkətidir.

"Kral Rent a Car" ölkəmizdə avtomobil icarəsinin ilk təbliğatını həyata keçirməklə, turistlərə və yerli əhaliyə keyfiyyətli və rahat icarə şərtləri təqdim edən ilk şirkətdir. Sonradan şirkət turizm, təbabət və media kimi sektorları özündə birləşdirərək "Kral Group" olaraq fəaliyyətini genişləndirib.

2012-ci ildə media orqanı kimi "Hürriyyət Azərbaycan", 2017-ci ildən turizmin inkşafında dövlətə dəstəyi ilə fərqlənən "Kral Turizm", 2020 ci ildən bel-onurğa xəstəliklərin əməliyyatsız müalicəsini həyata keçirən "Kral Təbabət" fəaliyyətə başlayıb. "Kral Təbabət" əməkdar həkim-terapevt Asəf Tağıyevin rəhbərliyi altında, qısa müddətdə yüksək nəaliyyətlərə imza atıb.

"Kral Group"un sahibi ixtisasca hüquqşünas olan iş adamı Rövşən Tağıyev ictimai fəaliyyətlərdə hər zaman yaxından iştirak edib. Xocalıya ədalət kampaniyası çərçivəsində hər il xaricdə təşkil olunan aksiyalarda, Xocalı həqiqətlərini dünyaya çatdıranlar arasında onun da adı var.

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusundan maddi və mənəvi dəstəyini əsirgəməyən iş adamı Rövşən Tağıyev sonralar şəhid ailələri və qazilərə verdiyi dəstəyi vətəndaşlıq borcu hesab edir.

"Kral Şirkətlər" qrupunu rəhbəri Rövşən Tağıyev cəmiyyətin rifahı üçün göstərdiyi xidmətlərə görə 2013-cü ildə KKTC -də Avropa Qazeteçilər Dərnəyinin keçirdiyi mükafatlandırma mərasimində mükafata layiq görülüb, həmçinin ölkəmizdə Fəxri Fərmanlar və Mükafatlarla təltif olunub.

Rövşən Tağıyev 30 iyun 2022-ci ildə Golden People Awards layihəsində, ilin uğurlu iş adamı nominasiyasına layiq görülüb.

Rövşən Tağıyev ilin uğurlu iş adamı nominasiyası ilə təltif olunub