“SpaceX” şirkətinin təsisçisi, amerikalı işa adamı İlon Mask, şirkətin loqosu barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, şirkətin adındakı “X” hərfinin digər hərflərin yazılışı ilə uyğunsuzluq təşkil etməsi suallar yaradıb. İlon Mask bildirib ki, “Tesla” və “SpaceX” şirkətlərinin adlarının yazılış tərzi asan ərsəyə gəlməyib.
O bildirib ki, “SpaceX” sözündə “X” hərfinin yazılış forması raketin kosmosa uçuş trayektoriyasını tərənnüm edir.