Rusiya ordusu Ukraynada yenidən irimiqyaslı hücum təşkil etmək üçün qüvvə toplayır.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb. Bildirilir ki, Prezident Vladimir Putin Ukrayna ilə bağlı planından geri çəkilməyib. Məlumatda bildirilir ki, Kreml rəhbərinin Ukraynadakı “antirusiya anklavını” ləğv etmək barədə açıqlaması onun planlarının masada olduğunu deməyə əsas verir.

Məlumata görə, Rusiyanın hücumu payız aylarına təsadüf ola bilər.