FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" (Bratislava) və Lirvanın "Jalqris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununu idarə ədəcək.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də baş tutacaq.