"Penalti epizoduna görə onu qınaya bilmərəm".
Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Frayburq”a 1:2 məğlub olduqları matçdan sonra deyib:
Baş məşqçi müdafiəçi Toral Bayramovla bağlı fikirlərini də bildirib: “Deyə bilmərəm ki, onun faydalı iş əmsalı aşağı oldu. Penalti epizoduna görə onu qınaya bilmərəm. Toral əgər onların futbolçusunu mübarizədə udursa, ayaqüstə durursa, buna sadəcə sevinirəm. Yaşı azdır, təcrübəsi artdıqca belə epizodlarda daha diqqətli olar”.
Qeyd edək ki, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib.
"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib