Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununda Almaniya "Frayburq"u ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib 1:0. 15-ci dəqiqədə isə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib və hesab 2:0 olub.
2-ci qoldan sonra isə "köhlən atlar" artıq özünə gəlməyə başlayıb. Ağdam təmsilçisi əks-hücumlarla rəqibə qarşı güclü oyun nümayiş etdirib. "Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
80-ci dəqiqədə isə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penaltisini təyin etməyib.
Qurban Qurbanov da mübahisəli penalti epizodu ilə bağlı danışarkən qeyd edib ki, rəqib futbolçular da bu epizodda təmiz penalti olduğunu deyib: "Nəsə desək, faydası olmayacaq. İkinci dəqiqədə elə penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Deyiləcək bir söz yoxdur. İnanırıq ki, qarşıdakı görüşlərdə daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik".
Həmin epizodun təkrarını təqdim edirik: