“Şimali Koreya əsla nüvə silahından imtina etməyəcək”.

Metbuat.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In belə açıqlama verib. O bildirib ki, ABŞ-ın məqsədi Pxenyanın təkcə nüvə gücünü aradan qaldırmaq deyil, Vaşinqton eyni zamanı Şimali Koreyanın özünümüdafiə hüquqlarını zəiflədərək hökuməti çökdürmək istəyir. Qeyd edək ki, Şimali Koreya parlamenti nüvə silahının istifadəsini tənzimləyən qanunu qəbul edib.