Kraliça II Elizabetin ölümü ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binası və səfirin iqamətgahında dövlət bayrağı endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da bununla bağlı öz "Twitter" hesabında paylaşım edib.

"Əlahəzrət Kraliçanın vəfatı dərin kədər anıdır. Onun itkisi bütün dünyada çoxşaylı insanlar tərəfindən dərindən hiss olunacaq. O, səmimiyyəti, ağlı və müdrikliyi ilə milyonlarla insanın həyatına toxunub. Allah Mərhum Əlahəzrət Kralıça II Elizabetə rəhmət etsin" - paylaşımda deyilir.

Qeyd edək ki, Kraliçanın ölümü ilə bağlı səfirlik tərəfindən hər hansı tədbirin keçirilməsi nəzərdə tutulmur.

II Elizabetin vəfatı ilə əlaqədar Britaniya səfirliyində bayraqlar endirilib -