Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimiz -

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Sosial şəbəkələrdə şəhidlərimizin bəzilərinin fotoları paylaşılıb. Onları təqdim edirik:

MAXE Babazadə Elşən Sahib Oğlu şəhid olub, Qəbələ rayonu, Mıxlıqovaq kəndi.

Bir 1 nəfər, hərbi forma və mətn şəkili ola bilər

Qazax rayonu Kəmərli kəndi - şəhid Məmmədov Azər. Əldə etdiyimiz məlumata görə, o, 20 gün qabaq ailə həyatı qurubmuş.

Bir 1 nəfər, ayaqda, hərbi forma və mətn şəkili ola bilər

Xızı rayon, Giləzi kəndi - Kapitan Saleh Qurbanov

Bir 1 nəfər, açıq hava və mətn şəkili ola bilər

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyev

Bir 1 kişi ve ayakta görseli olabilir

Qazaxın Daş Salahlı kəndindən Gizir Kərimov Azad Zakir

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər

Saatlı rayonu, Qara Nuru kənd sakini Nəsirov Ülvi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR