“Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir”.
Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter hesabında yazıb.
“Müzakirələr davam edərkən Ermənistan təxribatlardan çəkinməlidir. Sülh və sabitlik ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”, - o deyib.
İ.Kalın həmçinin, Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.