"Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb".
Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ndən bildirilib.
Qeyd edək ki, bir neçə gündür ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər Azərbaycanda "TikTok" sosial şəbəkəsinin bağlanması üçün aidiyyəti qurumlara çağırış edirlər.
15:45
"TikTok" platformasının Azərbaycan seqmentinin fəaliyyətində problem yaranıb.
Metbuat.az xəbər verir ki, "Telegram"a girişdə bir neçə dəqiqəlik məhdudiyyət yaransa da, bu sosial şəbəkəyə hazırda giriş mümkündür.
Lakin hazırda "TikTok"a giriş etmək mümün deyil.
Qeyd edək ki, məsələ ilə ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur.
15:21
Ölkə ərazisində "Telegram" və "TikTok"un dayandığı bildirilir.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Belə ki, ölkədə bu iki sosial şəbəkə platformasında hazırda heç bir əməliyyat aparmaq mümkün deyil.
Qeyd edək ki, sosial şəbəkələrin hazırda hansı səbəbdən məhdudlaşması məlum deyil.