“Ermənistanda hərbi vəziyyətin elan olunması istisna edilmir”.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb. Baş nazir qeyd edib ki, bu barədə qərar istənilən an qəbul edilə bilər.
“Ermənistanda hərbi vəziyyətin tətbiqinin mümkünlüyü sərhəddə vəziyyətin inkişafından asılıdır”- deyə Paşinyan bildirib.