Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“15 sentyabr tarixində Azərbaycan- Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, - paylaşımda bildirib.