Xəbər verdiyimiz kimi, Səmərqənd şəhərindəki Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində liderlər arasında qeyri-rəsmi görüş gündəm olub. Sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Emoməli Rəhmon, Vladimir Putin və Aleksandr Lukaşenko səmimi söhbət ediblər.

Bu anlarda çəkilən foto isə, xüsusilə diqqəti cəlb edir. Qərb mediasının da marağına səbəb olan foto ilə bağlı politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov Metbuat.az-a fikirlərini bildirib. Onun şərhinə görə, bu fotoda yeni qurulan dünya nizamına görə kim kimin yanında, hansı mövqedə yer alacağı aydın görünür.

Türkün torpağında TARİXİ FOTO:

Samir Hümbətov - Politoloq

“Fotoda əslində çox şeyi deyir. Bəziləri elə düşünür ki, siyasi liderlərin fotoları çəkilən zaman kimin harada oturması elə də önəm daşımır. Amma reallıq başqadır. Belə rəsmi görüşlərdə prezidentlərin hər hərəkəti, atdığı addımlar barədə məlumat verir. Politoloqlar prezidentlərin mövqeyini “siyasi dillə” oxuyub həmin andakı vəziyyəti və gələcək planları belə müəyyən edə bilirlər.

Türkün torpağında TARİXİ FOTO:

Ötən gün Şanxay Əməkdaşlıq Təşkilatının sammitində liderlərin birlikdə görüntüləndiyi fotodan aydın olur ki, Türkiyə-Azərbaycan cəbhəsində Pakistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özəkistan yer almaqdadır. Rusiya- İran birlikdəliyinə isə Belarus, Tacikistan qoşulub. Ərdoğanın söhbəti əsnasında Rusiya, Belarus, Tacikistan prezidentlərinin bədən dili onların dinləmə mövqeyində olduğunu göstərir. Amma İran prezindetinin simasında əks olunan ifadə onun fərqli düşündüyü və hərəkət edəcəyi izahındadır”.

Türkün torpağında TARİXİ FOTO:

Siyasi şərhçi Turan Rzayev Metbuat.az-a bildirdi ki, ölkəmizin bu sammitdə iştirak etməsi tarixi əhəmiyyət kəsb edir. Sammit öncəsində dövlət başçıları üçün təşkil edilən qeyri-rəsmi görüş zamanı çəkilən fotoya “Milli dövlətlərin qlobalistlərə meydan oxuması”, “Şərq blokunun Qərbə mesajı”, “Səmərqənd qonaqlığı” və s adları uyğun bilən müsahibimiz deyir ki, adı nə olursa olun, foto tarixi bir foto idi.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev - Siyasi şərhçi

“Hesab edirəm rəsmi Bakı bu foto ilə rəqiblərinə konkret mesaj vermiş oldu. Yəni? biz artıq öz mövqeyimizi, tərəfimizi seçdik. Rəsmi Bakı son 10 ildir regional aktor olmaqdan çıxıb qlobal aktor kimliyini qəbul edir. İqtisadi baxımdan bu gün böyük oyunun bir parçası olmalıyıq. Azərbaycan beynəlxaq ticarət yollarının dənlizlərdən quruya keçdiyi bu dövrdə ən önəmli ölkədir. Qərbin enerji resurslarına olan asılılığı beynəlxalq ticarət yollarının dəyişməsi və s. faktorlar Azərbaycanın da əhəmiyyətini artırır. Hesab edirəm bu foto həm də rəsmi Bakının ŞƏT-ə üzvlüyü baxımından da vacib mesajdır”.

Türkün torpağında TARİXİ FOTO:

Ekspert xatırlatdı ki, 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bu baxımdan ölkəmizin bu təşkilata üzvlüyü hazırda gündəmdədir və hesab edirəm yaxın zamanda bu məsələ öz həllini tapacaq – deyə Turan Rzayev bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az