"Qarabağ"ın və Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov yığmanın heyətinə dəvət almayan Qara Qarayevlə bağlı status yazıb.

Metbuat.az xəbər verir ki, o, feysbuk hesabında Qaraya yeyib-içməyinə diqqət etməyi məsləhət görüb:

"9 il "McDonalds"a görə milliyə dəvət almadım. Qara, yeyib-içməyinə fikir ver",- deyə o paylaşımda qeyd edib.

Qeyd edək ki, İlqar Qurbanov Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi olduğu dönəmdə "McDonalds"da yemək yediyi üçün yığmaya çağırılmamışdı.

Qurbanovdan Qaraya məsləhət: