Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə hücum edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sadıqov öz tviter hesabında məlumat yayıb.

"Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar".

Qeyd edək ki, sərhəddə baş verən son hadisələrdən sonra ermənilər ABŞ, Livan, Fransada yerləşən səfirliklərimizə hücum ediblər.