ABŞ ilk dəfə olaraq yeni nəsil B-21 təyyarəsini nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, bombardmançı təyyarəni “Northrop Grumman” şirkəti istehsal edib. İstehsal dəyəri 639 milyon dollardır. Təyyarənin fotosu ilk dəfə şirkətin internet səhifəsində nümayiş edilib. Bildirilir ki, nüvə silahı daşıya bilən təyyarə iki atış sisteminə malikdir. B-21 konvensional raketlər də daşıya bilir.

Radara düşməyən təyyarənin sürəti saatda 277 kilometrə çata bilir. Yük daşıma qabiliyyəti 14 tondur. Ordu yeni nəsil təyyarədən 100 ədəd sifariş edib.