Tayvan ətrafında gərginlik yenə də artıb.

Metbuat.az xəbər verir ki, ABŞ və Kanadaya məxsus hərbi gəmilər Tayvan boğazından keçiblər. Bu barədə ABŞ donanmasının Sakit okeandakı qüvvələri məlumat yayıb. Məlumata görə, gəmilərin hərəkət etdiyi ərazi heç bir ölkənin sularına daxil deyil. Keçidin beynəlxalq hüquqa uyğun olduğu bildirilib. Çin tərəfi isə etiraz edib. Bildirilib ki, gəmilər Çin ərazisindən keçib. Çin ABŞ-ın həmləsini təxribat adlandırıb.