Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq. Trnavanın Antona Malatinski stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.