Byazi Qaranın milliyə çağırılmamasından danışdı:

Xəbər verdiyimiz kimi, Qara Qarayevin Slovakiya və Qazaxıstanla oyunlar üçün açıqlanan siyahıda yer almaması müzakirələrə səbəb olmuşdu.

Metbuat.az xəbər verir ki, Qara instaqram hesabında etdiyi paylaşımda baş məşqçi Canni de Byazinin qərarəna hörmətlə yanaşdığını qeyd edib.

Baş məşqçi yerli mətbuata açıqlamasında Qarayevlə bağlı suallara qısa cavab verib. O bildirib ki, sosial şəbəkədə məlumatlar şaiyədir, Qara millidə olmamasının səbəbini bilir:b

"Qarayev milliyə dəvət almamasının səbəblərini özü bilir. Buna görə indi bizimlə deyil. İnternetdə, sosial şəbəkələrdə şaiyələr çoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR