Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR