Rəhim Rəhimlinin ölüm səbəbi

43 yaşında vəfat edən Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar, MTV-nin keçmiş direktoru Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Metbuat.az xəbər verir ki, ifaçının prodüseri Həmzə Məmmədli bildirib ki, onun son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

R.Rəhimli bu gün Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR