“İqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalıdır" -

Cəmiyyət, biznes və dövlət üçbucağı ölkəmizin inkişaf modelidir və vəhdətdə olduğu zaman hər bir sahədə yüksək nəticələr əldə olunur. İqtisadiyyatın inkişafında iş dünyasının rolu əvəzsizdir. Ölkəmizdə kifayət qədər uğurlu iş adamları və onların qurduqları uğurlu şirkətlər var. Uğur qazanmaq üçün riskə getməyi, çətinliklərlə üzləşməyi bacarmaq lazımdır. İş dünyasının gənc və uğurlu iş adamlarından biri də Sadiq Cəfərovdur.

Yaşının gənc olmasına baxmayaraq çoxsaylı uğurlu layihələrə imza atan iş adamı Sadiq Cəfərov 1995-ci ildə Bakı şəhərində anadan olub. O, 2016-cı ildə Ukrayna Dövlət Universitetinin “Logistika və Nəqliyyat texnalogiyaları” fakültəsini fərqlənmə diplomu ilə bitirib.Təhsil həyatını Fransanın Panteon Sorbonna Universitetində davam etdirən Sadiq Cəfərovu iş dünyası hər zaman cəlb edib.

Zamanla özünü bu yöndə inkişaf etdirən gənc iş adamı Marketinq, Biznesin İdarəedilməsi üzrə yüksək təcrübəyə sahiblənir. Onun təsis etdiyi və rəhbərlik etdiyi “Reputation” şirkəti uğurlu fəaliyyəti ilə tanınır. Eyni zamanda, "Millionaire Concept" çərçivəsində dünya üzrə beynəlxalq investisiya fondları ilə sıx əməkdaşlıq edən Sadiq Cəfərov hazırda bu platformanın baş icraçı direktorudur.

XXI əsrin tələblərinə uyğun, iqtisadiyyatda bazaryönlü münasibətlər önəmli rol oynayır və son nəticə olaraq cəmiyyət üçün faydalı olmalıdır. Bu prinsip iş həyatında Sadiq Cəfərovun prioritetləri arasındadır:

“Şirkətimiz dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüslə çıxış edir. Cəmiyyətin bir parçası olduğumuz üçün istəsək də, istəməsək də gördüyümüz işlərlə ona yaxşı və ya pis təsir edirik. Bunun üçün də atdığımız hər bir nümunəvi addım digərləri üçün örnək olmalıdır”.

İş adamı qeyd edir ki, dövlətin davamlı inkişafını təmin etmək üçün ölkəni beynəlxalq arenalarda tanıtmaq şərtdir. Bu baxımdan həyata keçirdiyimiz beynəlxalq layihələr çərçivəsində ölkəmizin tanıtımına, xarici investisiyaları cəlb etməklə biznes sektorunun, xüsusilə turizmin inkişafına xidmət edirik. Şirkətimizin ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi turizm sektorunun inkişafında yetərincə payı var.

Sadiq Cəfərov ölkədə son iki ildə baş verən iqtisadi-siyasi dəyişikliklərə də münasibət bildirib:

“44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq əldə etdiyimiz Qələbə regionun lider dövləti olaraq yeni siyasi və iqtisadi mənzərə formalaşdırır. İşğaldan azad olunmuş ərazilər bərpa olunduqdan sonra turizmin inkişafı iqtisadiyyatımıza yeni nəfəs gətirəcək”- deyə o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR