​"Ermənistanın siyasi əxlaqsız hökuməti düşmənlərinə qarşı kişi kimi döyüşə bilmir"

Azərbaycan hərbçilərinin "erməni əsirləri” güllələməsi ilə bağlı yayılan video kifayət qədər şübhəlidir və kim tərəfindən yayıldığı isə məlum deyil.

Metbuat.az-a danışan hərbi ekspert Ramil Məmmədli deyir ki, həmin videoların mənbəsini tapmaq lazımdır. Bundan sonra çox məqamlar aydın olacaq:

"Bu məsələyə bir neçə aspektdən baxmaq olar. Danışıqlara yenidən start verildiyi bir zamanda belə bir video yayılır və iki ölkə arasında problem yaradır. Həmçinin Azərbaycanı müəyyən beynəlxalq təşkilatlar qarşısında hesabat xarakterli çıxış qarşısında qoyur. Əvvəlcə bu görüntünün haradan yayılmasının araşdırmaq lazımdır. Yəni bu görüntülər ermənilər tərəfindən yayılıb, yoxsa Azərbaycandakı bəzi şəxslər tərəfindən. Bundan sonra bir çox məqamlara aydınlıq gələcək".

Ekspert deyir ki, videoda baş verənlər şübhəlidir. Ermənistanın özünün ssenarisi ola bilər. Əgər Azərbaycan əsgərləri tərəfindən edilibsə, bu, başa düşüləndir:

"Bir məqamı vurğulamaq istəyirəm. Ermənistan o qədər riyakar və siyasi əxlaqsız hökumət, idarəçilik sistemindən ibarətdir ki, öz düşmənlərinə qarşı belə kişi kimi döyüşə bilmir. Ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı siyasi, fərdi əxlaqsızlığı və cinayətlərini araşdırsaq, onların belə hadisələri özlərinin səhnələşdirdiklərini görərik. Bunu Azərbaycan əsgərinin etməsinə şübhə ilə yanaşıram. İkincisi, əgər olubsa, buna təbii yanaşıram. Orada vuruşan əsgərlərimizin döyüş yoldaşlarına, ailələrinə qarşı zaman-zaman ermənilər çox vəhşiliklər törədiblər. Bu vəziyyətdə Azərbaycan əsgərinin bu formada qarşılıq verməsi normaldır. Deyək ki, rəhbər və ya komandir deyir ki, atəş açmayın. Əsgər isə özü fərdi şəkildə atəş açır. Bəzən əsgərlərin Xocalı, Ağdaban faciəsi kimi, azərbaycanlılara qarşı törədilən soyqırımlar yadlarına düşür. İttiham edən şəxsləri isə sözüm yoxdur".

Xatırladaq ki, bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb. Məsələ ilə bağlı Baş Prokurorluğun yaydığı məlumata görə, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR