Dünya çempionatında cüdoçularımızın rəqibləri bəlli oldu -

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatında cüdoçularımızın rəqibləri bəlli olub.

Metbuat.az xəbər verir ki, 5 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Dünya çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Qadınlar

-48 kq.

Leyla Əliyeva - Juliya Fiqueroya (İspaniya)

-52 kq.

Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)

Kişilər

-60 kq.

Kəramət Hüseynov - Yeldos Smetov (Qazaxıstan)

-66 kq.

Orxan Səfərov - Vayzeneqqer Freddi (İsveçrə) / İsmael Alhassane (Niger) cütlüyünün qalibi

Yaşar Nəcəfov - Miad Nosrati (Beynəlxalq Cüdo Federasiyası)

-73 kq.

Rüstəm Orucov - Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) qarşılaşmasının qalibi

Hidayət Heydərov - Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün qalibi

-81 kq.

Səid Mollayi - Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova)

Elcan Hacıyev - Laçlan Morhead (Böyük Britaniya)

-90 kq.

Məmmədəli Mehdiyev - Çristian Parlati (İtaliya) / Aleksander Knauf (Amerika Birləşmiş Ştatları)

-100 kq.

Zelim Kotsoyev - Daniyel Eyx (İsveçrə)

Qeyd edək ki, cüdo üzrə Dünya çempionatı oktyabrın 6-dan 13-dək davam edəcək.

Dünya çempionatının görüşləri ölkəmizdə CBC Sport kanalı ilə canlı yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR