Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun da iştirakı ilə qeyri-rəsmi görüş olub.
Metbuat.az xəbər verir ki, görüşdən dərc olunan şəkillərdə masada əsas diqqət çəkən detallardan biri də üzərində qırmızı gül rəsmi olan kitab olub.
Məlum olub ki, bu kitab alban yazıçısı Lea Ypinin yazdığı "AZAD - Tarixin sonu və yeni dövrün başlanğıcı" kitabından gedir. Hazırda o kitabı masaya kimin qoyduğu dünya mediasına maraqlıdır.
Masada diqqət çəkən digər bir məqam isə kitabın üzərindəki gül şəklinin hardasa eynisinin stolun üzərində olmasıdır.


