Yunanıstanlı jurnalist "Bir gecə qəflətən gələ bilərik nə deməkdir?" sualını verdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransında yunanıstanlı jurnalistlə dialoqu diqqət çəkib.

Metbuat.az xəbər verir ki, Yunanıstandan olan jurnalist Ərdoğana “Bir gecə qəflətən gələ bilərik nə deməkdir? Yunanıstana hücum edərik demək istəyirsiniz?” sualını ünvanlayıb. Ərdoğan isə suala belə cavab verib:

“Yəni, məsələni başa düşmüsən əslində. Bu sadəcə Yunanıstana aid deyil. Bizi narahat edən, bizə hücum edən hansı ölkə olursa-olsun. Onlara qarşı bizim cavabımız eynidir. Siz başa düşdüyünüzə görə hər halda onlar da başa düşüblər”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR