Qurbanov: "Azarkeşlər tərəfindən futbolçulara çox böyük basqı var idi"

"Azarkeşlər tərəfindən futbolçulara çox böyük basqı var idi".

Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurabnov səfər oyunundan qayıdarkən deyib. O bildirib ki, gərginliyə baxmayaraq oyunçular sonadək mübarizə apara bilib:

"Futbolçulardan çox razı qaldım. Televizorda fərqli görünə bilər, amma canlıda olaraq tam fərqli idi. Azarkeşlər tərəfindən futbolçulara çox böyük basqı var idi. Gərginlik də həddən artıq çox idi. Buna baxmayaraq futbolçular özlərini soyuqqanlı apardılar və sona kimi özlərini idarə edə bildilər. Beləliklə, çox vacib bir xal qazandıq".

Qeyd edək ki, həmçinin "Georgios Karaiskakis" stadionunda 20-ə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR