Piterdə liderlər bu maşınla gəldi,

7 oktyabrda Sankt-Peterburqda keçirilən qeyri-formal sammitə gələn MDB ölkələrinin əksər liderləri şəhər və ətraf ərazilərdə hərəkət etmək üçün Rusiyanın “Aurus” avtomobilini seçib.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Görüş yeri olaraq Kosntantinovski sarayı seçilib. İlk olaraq görüş yerinə Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev “Mersedes”də gəlib. Onun ardınca Ermənistan Baş naziri Nikol Paşinyan, Türkmənistan lideri Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şövkət Mirziyayev gəlib – üçü də “Aurus”dan istifadə edib. Onlardan sonra Tacikistan lideri İmaməli Rəhman və Belarus Prezidenti Aleksandr Lukaşenko da “Aurus”da idi.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev “Maybach”la görüş yerinə təşrif buyurub”, - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR