Müharibə veteranları və şəhid ailələri üçün ödənişsiz aksiya keçirilib -

8 Oktyabr 2022-ci il tarixində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının və “Facharzt”nın təşəbbüsü, Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə müəllim olan müharibə veteranları və şəhid ailələrinin üzvləri üçün ödənişsiz aksiya təşkil olunub.

Metbuat.az xəbər verir ki, Oftalmoloq, Otorinolorinqoloq, Baş-boyun cərrahı, Damar cərrahı, Travmatoloq-Ortoped, Uroloq, Terapevt, Stomatoloq ixtisası üzrə Almaniyadan gələn bir qrup Azərbaycanlı həkim heyəti Nevroloq, Ginekoloq, Pediatr, Şüa diaqnostikası üzrə Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən ödənişsiz müayinələr aparılıb.

Vətəndaşlar həkim təyinatlarına əsasən laborator müayinələrdən də ödənişsiz şəkildə keçiblər. Keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib. Xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə zərurət olduqda isə cərrahi əməliyyatları həyata keçiriləcək. Layihənin silsilə şəklində keçirilməsi planlanıb.

Təşkilatçılar tərəfindən media nümayəndələri ilə görüş keçirilib.

Ümumilikdə aksiya çərçivəsində vətəndaşlara 504 xidmət göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR