"YAŞAT" Fondu tərəfindən bu günədək şəhidlərin ailə üzvləri və müharibə əlillərinin təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.
Metbuat.az “YAŞAT” Fonduna istinadən xəbər verir ki, şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib, bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib.