Aİ-nin texniki qrupu İrəvandadır

Bu gün Aİ müşahidəçilərinin qabaqcıl qrupu İrəvana gedib.

Metbuat.az əbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tviter hesabında məlumat verib.

"27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə o paylaşımda qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR