Məşhur futbolçu heyətdən qovuldu -

Belçikanın “Royal Antverp” klubunun məşhur futbolçusu Raca Nainqqolanın ehtiyatda olarkən elektron siqaret çəkməsi etirazlara səbəb olub.

Metbuat.az xəbər verir ki, futbolçunun siqaret çəkməsi ilə bağlı görüntülər yayılandan sonra o heyətdən uzaqlaşdırılıb. Onun nə vaxt heyətə cəlb ediləcəyi açıqlanmayıb. Siqaret çəkməsi ilə bağlı açıqlama verən Raca Nainqqolan bildirib ki, o vərdişinə görə heç vaxt utanmayıb və bunu gizli saxlamayıb. “Royal Antverp” klubu da futbolçunun davranışı barədə açıqlama yayaraq, onun heyətdən müddətsiz uzaqlaşdırıldığını təsdiq edib.

Qeyd edək ki, Raca Nainqqolan “İnter” klubu ilə İtaliya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR