26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

Metbuat.az xəbər verir ki, o, İsveç tarixində ən gənc nazirdir.

26 yaşlı Ruminə Purmuxtari 1995-ci il noyabrın 12-də İsveç Sundbyberg anadan olub. Ruminə iki il restoran xidmətləri sahəsində çalışıb. O, təhsilini Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə başa vurub. Ruminənin atası İbrahim Purmuxtari isə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə köçüb. O, bir neçə il öncə vəfat edib.

Ruminə Purmuxtari 2019-cu ildə Liberal Gənclər Assosiasiyasının sədri, həmçinin Liberal partiya idarə heyətinin üzvü olub. 2018-ci ildən gənclər assosiasiyasının birinci vitse-prezidenti olub. 14 sentyabrda Purmuxtari Liberal Gənclər Assosiasiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb. Beləliklə, o, İsveçdə keçirilən parlament seçkilərində Stokholm qraflığının və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizədi olub. Seçkilərdə o, 1762 səs toplayıb. Bu gün isə hökumətdə iqlim və ətraf mühit naziri kimi təqdim edilib.

Romina Purmuxtari hekayələr toplusunun müəllifidir. O, kitabında uşaqlıq illərindən, təhsil səyahətləri, irqçilik haqqında gördüklərini yazıb. Həmçinin həyatının formalaşması və siyasətin imkanları haqqında hekayələrdə bəhs edib.

26 yaşında nazir olan azərbaycanlı Ruminə

Qaynar xətt 0552252950