Ermənistan müharibəyə hazırlaşır? -

"Ermənistan Azərbaycanla sərhəddə artilleriya, piyada döyüş maşınları və şəxsi heyəti durmadan artırır. Müharibənin bitməsindən iki il keçməsinə və imzalanan razılaşmalara baxmayaraq, Yerevan sülh müqaviləsinin bağlanmasında və razılaşmaların yerinə yetirilməsində maraqlı deyil".

Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. Müsahib hesab edir ki, Nikol Paşinyanın Avropa İttifaqının mülki müşahidə missiyasının ölkəsinə gətirilməsi ilə Ermənistan-Rusiya əlaqələrini zəifləsə də, Azərbaycan üçün müsbət perspektivi yoxdur.

"Ermənistan Baş naziri imzalanan sənədlərla vaxt qazanaraq Hindistandan və Sloveniyada yeni silahlar tədarükü istiqamətində işlər aparır. Bu, onu göstərir ki, yaxın perspektivdə Ermənistan yenidən təxribatlara əl atacaq. Ermənistanın əsas planı Azərbaycanın möhkəmləndiyi ərazilərdən çıxarılmasıdır. Burada Ermənistan Avropa mülki müşahidə missiyasının arxasında gizlənəcək. Ermənistana vaxt tanımaq olmaz və mümkün qədər Qarabağda silahlı erməni birləşmələrinə və sərhəddə cəmləşməyə zərbələr endirilməlidir. Ermənistanı sülhə deyil, Azərbaycanla münaqişəyə cəlb edib, yeni geosiyasi şərtlər əldə etmək istəyən Qərbin bir neçə dövləti var. Ermənistan Zəngəzur dəhlizini açmır, ərazisindən praktiki Naxçıvana yol vermir. Qarabağdan silahlı qüvvələrini çıxarmır. Necə bizim ərazi bütövlüyümüzü tanıyır ki, silahlı qüvvələri ərazilərmizdə qalmaqdadır".

Politoloq qeyd etdi ki, Ermənistanın siyasi davranışlarinda sülh deyil, yeni müharibəyə hazırlaşmaq aydın görünür. N. Paşinyan V.Putinin üçtərəfli görüşündən imtina etdi. Göründüyü kimi Ermənistan yeni müharibəyə hazırlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR