"Artistliyin heç bir yeri yoxdur" -

"Araz çayını velosipedlə də keçmək olar. Orada körpü salıb tank keçirməyin,nümayişin heç bir əsası, bu artistliyin heç bir yeri yoxdur".

Metbuat.az xəbər veirr ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov bugünkü plenar iclasda deyib. O bildirib ki, İran bu addımlarla heç kimə hədə-qorxu verə bilməz:

"Heç kəsə bu addımlarla hədə-qorxu gəlmək olmaz. Əgər İran inqilabının müdafiəçiləri adlarını Mehdi ordusu qoyubsa, bəs Azərbaycanda İslam dəyərlərinin işğal altında olanda, ərazilər darmadağın olunanda niyə İslam ordusu hərəkətə gəlmirdi? Orada islam dəyəri yox idi? Əgər Mehdinin adından istifadə edirsə, elə Mehdi gələndə birinci İrandan başlasın, orada ədalət yaratsın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR