Şimali Koreya ilə Cənubi Koreya arasında su sərhədlərinin pozulması ilə bağlı gərginlik artıb.
Metbuat.az xəbər verir ki, tərəflər bir-birilərinə qarşı ittihamlar irəli sürüblər. Nəticədə hər iki ölkənin donanması xəbərdarlıq atəşləri açıb. Cənubi Koreyanın Baş Qərargahından bildirilib ki, Şimali Koreyaya məxsus ticarət gəmisi ölkənin dəniz sərhədini pozub. Nəticədə donanma xəbərdarlıq atəşi açıb. Bundan sonra Şimali Koreya da Cənubi Koreya donanmasının sərhədi pozduğunu irəli sürərək, xəbərdarlıq atəşi açıb.
Qeyd edək ki, Şimali Koreyanın ardıcıl ballistik raket testlərindən sonra Seul və Pxenyan arasında gərginlik başlayıb.