Yağışdan sonra gəzintiyə çıxdı - Qarşısına çıxan tapıntını yoxlayanda İNANMADI /

Avstraliyanın Kvinslend vilayətində olduqca maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Matt Betteridge adlı sakin gecə gəzintisi zamanı Avstraliya sapfiri tapıb. Məlumata görə, qiymətli daşın çəkisi 834 karatdır. Onun qiymətinin təqribən 12000 dollar olduğu bildirilir. Bildirilir ki, yağış nəticəsində daşın üzərindəki torpaq qismən təmizlənib. Yerli sakin gəzərkən daşa ilişib. Əvvəlcə daşın dəyərli olduğunu düşünməyən sakin, onun rənginə diqqət edərkən şübhələnib. Araşdırmalar zamanı daşın dəyərli olduğu məlum olub. Sakin bu tapıntını həyatının ən böyük uğuru adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR