ATƏT-in media azadlığı üzrə nümayəndəliyi

ATƏT-in media azadlığı üzrə nümayəndəliyi
OSCE Representative on Freedom of the Media
https://www.osce.org/representative-on-freedom-of-media

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi (AMAN)1997-ci ildə yaradılıb. ATƏT-ə üzv ölkələrdə media azadlığının durumunu müşahidə edən qurumdur. Üzv dövlətlərdə söz, ifadə, media azadlığı ilə bağlı ATƏT-in prinsip və öhdəliklərinə tam şəkildə riayət olunmasını müdafiə edir.

Nümayəndəliyin mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.

Əsasnaməsində göstərilir ki, Xüsusi Nümayəndəliyin başçısı müvafiq təcrübəyə malik, aparıcı beynəlxalq təşkilatlarda tanınmış, müstəqil rəy yürütməyi bacaranşəxs olmalıdır. ATƏT-in media azadlığı üzrə nümayəndəsi öz vəzifələrini yerinə yetirərkən müstəqil və obyektiv qiymətləndirməni rəhbər tutmalı, öz funksiyalarını qərəzsiz şəkildə yerinə yetirməlidir. 4 dekabr 2020-ci ildən etibarən Nümayəndəliyə Portuqaliya əsilli Teresa Ribeyro rəhbərlik edir. O sayca beşinci komissardır.

Strukturu və mandatı

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyir ki,Nümayəndəliyin fəaliyyət istiqamətləri çoxşaxəli olsa da, onları əsasən 3 qrup üzrə təsnifatlaşdırmaq olar:

  • - Üzv ölkələrdə media proseslərini müşahidə etmək, xəbərdaredici çıxışlar hazırlamaq;
  • - Söz, ifadə və mediaazadlığı ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün iştirakçı dövlətlərə kömək göstərmək.
  • - Medianın azad fəaliyyətinə yaradılan əngəllərin, jurnalistlər üçün əlverişsiz iş şəraitindən doğan ciddi problemlərin aradan qaldırılmasına çalışmaq.

AMAN-ın iştirakçı dövlətlərdə qeyd edilən istiqamətlər üzrə fəaliyyət göstərmək səlahiyyəti vardır. Nümayəndəlik ATƏT-ə üzv dövlətlərdə mediavə ifadə azadlığının pozulması hallarına operativ reaksiya verir.Həmçinin, cari problemləri müzakirə etmək üçün jurnalistləri, vətəndaş cəmiyyəti institutları və hökumət nümayəndələrini, akademik çevrələri bir araya gətirən illik regional media konfranslarına ev sahibliyi edir. Bu sırada ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə dövri olaraq Tiflisdə keçirilən “Cənubi Qafqaz Media Konfransları”nı da misal göstərmək olar.

Nümayəndəlik insan haqlarını əhatə edən məsələləri təhlükəsizliyin ayrılmaz hissəsi kimi nəzərdən keçirir.

  • - jurnalistlərin təhlükəsizliyini təmin etmək səyləri ;
  • - media plüralizmini təşviq etmək;
  • - diffamasiyanın dekriminallaşdırılmasını təşviq etmək;
  • - ifadə azadlığını qoruyarkən nifrət nitqi ilə mübarizə aparmaq;
  • - medianın tənzimlənməsi və qanunvericiliyə dair ekspert rəylərinin verilməsi;
  • - İnternet azadlığını təşviq etmək;

Və sair kimi istiqamətlər ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin işinin əsasını təşkil edir.

Media qanunlarının demokratikləşdirilməsi və internet azadlığı haqqında tövsiyyələr vermək də Nümayəndəliyin mandatına daxildir. İştirakçı dövlətlərin media azadlığı öhdəliklərini yerinə yetirməsinə kömək etmək, təklif olunan media qanunvericiliyinə hüquqi rəy vermək və qanuna necə dəyişiklik etmək olar - yönündə təkliflər vermək Nümayəndəliyin missiyasıdır.

Nümayəndəliyin prinsiplərində göstərilir ki, internetdə media və ifadə azadlığının filtrasiyası, digər tədbirlərlə məhdudlaşdırılması qəbuledilməzdir. Beynəlxalq konfranslarda, hüquqi araşdırmalarda Nümayəndə internet azadlığını müdafiə edir. İnternetdə məlumatlara çıxış məhdudlaşdırıldıqda diplomatik kanallar və ictimai bəyanatlar vasitəsilə müdaxilə edir.

AMAN-nın şüarı belədir ki, informasiya azadlığı hüququ demokratik cəmiyyətin ən mühüm əsaslarından biri, onun tərəqqisinin və inkişafının əsas şərtidir. Nümayəndəlik iştirakçı dövlətlərə müvafiq qanunvericilik və siyasətlərin təkmilləşdirilməsi üzrə tövsiyələr daxil olmaqla, məlumat əldə etmək azadlığı sahəsində ekspert yardımı göstərir. Təlim, beynəlxalq təcrübə mübadiləsi, konfransların keçirilməsi və ekspert bələdçilərinin nəşri vasitəsilə iştirakçı dövlətləri və onların media təşkilatlarına dəstək verir.

Media plüralizmi və jurnalist təhlükəsizliyinə baxışı

Media Azadlığı üzrə Nümayəndə müntəzəm olaraq yayım, çap və onlayn mediada plüralizmin məhdudlaşdırılmasından narahatlığını ifadə edir. Bu məhdudiyyətlər dövlət mediasına üstünlük verilməsindən tutmuş müstəqil yayımçılara təzyiqlər göstərilməsinə qədər müxtəlif formaları əhatə edir. Nümayəndə bu məsələləri diplomatik kanallar və ictimai bəyanatlar vasitəsilə dövlətlər qarşısında qaldırır.

Nümayəndə jurnalistlərin təhlükəsizliyinə, xüsusən də fiziki hücum, həbs və təqib hallarını da müşahidə edir, reaksiyalar verir. O, diplomatik kanallar və ictimai bəyanatlar vasitəsilə insidentlərin yaşandığı dövlətlərə cavab verir.

Süni intellektin media azadlığına təsiri haqqında mövqeyi

Yeganə Hacıyeva deyir ki, son illərdə süni intellekt texnologiyaları internetdə məlumat yayaymaq və təhlillər etmək üçün əsas vasitələrə çevrilirlər. Süni intellekt algoritmləri mediada məzmunun moderasiyası və kurasiyası üzərindən hansı məzmunun silinməsinə, kimə nəyi və nə zaman paylaşılmasına qərar verir. Bu baxımdan ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi hesab edir ki, süni intillektin alqoritmlər tərtibatı məsuliyyətli şəkildə həyata keçirilərsə, süni intellekt cəmiyyətə fayda verə bilər. Lakin bu cür texnologiyaların fundamental azadlıqlara zərərli təsir göstərməsi riski də mövcuddur. Bütün dünya bu risklərlə üz-üzədir. Kommersiya, siyasi və ya hökumət maraqları ilə idarə olunan süni intellektdən istifadə insan hüquqlarını, xüsusən ifadə azadlığını və media plüralizmini ciddi şəkildə poza bilir.

2020-ci ilin payızında ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi süni intellektin yaratdığı problemləri həll etmək, süni intellektlə işləyən platformalarda ifadə azadlığını qorumaq üçün müxtəlif səviyyəli aktivlərə çağırış etdi. Təkliflər çox olsa da, AMAN - bu təşəbbüslərdən doqquzunu dəstəkləməyə qərar verdi. Dəstəklənən 9 bənd süni intellektin ifadə azadlığına necə təsir etdiyini müəyyənləşdirir, rəqəmsal kontekstdə azad sözü daha yaxşı qorumaq üçün təlimat verir. Bu təşəbbüslər süni intilektin tətbiqi zamanı ifadə azadlığını, media plüralizmini qorumaq üçün ən təsirli yolları tapmaq məqsədi daşıyan #SAIFE layihəsinə dəstək ifadə edir.

Azərbaycanla əməkdaşlıq

Azərbaycan ATƏT-in media azadlığı üzrə nümayəndəliyi ilə sıx əməkdaşlıq edir. ATƏT-in media azadlığı üzrə nümayəndələri Dunya Miyatoviç və digərləri Bakıya səfərlər edərək media mühiti ilə əyani tanış olublar. Sonuncu belə səfər 26 aprel 2022-ci ildə gerçəkləşdirilib. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro Bakıya gələrək media təmsilçiləri ilə geniş tərkibli görüşlər keçirib.

Bundan əlavə, Azərbaycan ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə dövri olaraq Tiflisdə keçirilən “Cənubi Qafqaz Media Konfransları”nda aktiv şəkildə iştirak edir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı