Bakıda səhiyyə sektorunda “Global Health Awards” layihəsi keçiriləcək -

29-30 oktyabr 2022-ci il tarixlərində “Reputation” və “Health News” Platformalarının təşkilatçılığı, “Millionare Concept Network”in rəsmi tərəfdaşlığı əsasında “Four Seasons Baku” otelində paytaxtımız növbəti ”Global Health Summit” layihəsinə ev sahibliyi edəcək.

Nüfuzlu biznes platforması tərəfindən davamlı olaraq təşkil edilən “Global Health Summit” tibb sektorunun yerli və xarici nümayəndələrini bir araya gətirərək sözügedən sahənin inkişafına stimul verir. Sammit tibb nümayəndələrinin qarşılıqlı olaraq fəaliyyətlərinin əlaqələndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri üzərində qurulub.

Tibb və sağlıq sektorundan olan önəmli marka və şəxslərin qatılacağı gecədə layihə çərçivəsində “Global Health Awards” mükafatları öz sahiblərini tapacaq. Səhiyyə sektorunda qlobal əməkdaşlığa yönəlik layihəyə ölkəmizlə yanaşı Almaniya, Fransa, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Qətər və İranın səhiyyə sektorundan olan tanınmış simalar yer alacaq.

“Global Health Summit” təqdimatının spikerləri arasında dünyadan Afrika Sağlamlıq Federasiyasının İdarə Heyətinin sədri Dr. Mohamed El Sahili, Türkiyə Ticarət Nazirliyinin baş direktorun müavini Ali Alperen Kaçar, Özbəkistan Respublikası Sağlıq Turizm Assosiasiyası prezdenti cənab Akobir Şükürov, türkiyəli tanınmış həkim, yazar və Hay Klinikasının rəhbəri Dr. Ender Sarac, “Estetik İnternational” təsisçisi və rəhbəri Doctor B (Bülent Cihantimur), Dr. Eyyub Çelik, Özbəkistandan “Mediva” klinikasının təsisçisi Luiza Şarahmetova, Birləşmiş Ərəb Əmirliklərindən Dr. Vera Matta, livanlı iş xanımı və müəllif Myrna Al Haddad, rusiyalı iş xanımı, "Reputation" Biznes Forumunun həmtəsisçisi Anna Russka, məşhur türkiyəli Genital estetik uzmanı dosent doktor Gökçen Ərdoğan, rusiyalı Psixofizioloq Elena Latış, rusiyalı plastik cərrah Evgeniya Pozdniakov, özbəkistanlı peşəkar stomatoloq Jasur Erqaşov, Azərbaycandan isə "Millionaire Concept" platformasının təsisçisi Aqil Məmiyev, "Reputation" şirkətlər qrupunun rəhbəri Sadiq Cəfərov, tanınmış estetik doktor Fidan Mustafayeva və "Lovely Dent" klinikasının rəhbəri Xəyal Səmədov yer alacaq.

Qeyd edək ki, layihə çərçivəsində “Health Exhibition” baş tutacaq. Sərgidə layihədə iştirak edən yerli və xarici markalar, tibb şirkətləri, tibbi mərkəzlər öz məhsul və xidmətlərini nümayiş etdirəcəklər.

“Global Health Summit” layihəsinin əsas məqsədi yerli səhiyyə nümayəndələrinin beynəlxalq arenaya çıxışını, dünyada tanıtımını həyata keçirmək, eyni zamanda xarici nümayəndələri cəmiyyətimizə təqdim etməklə ölkə səhiyyəsində insan kapitalının gücləndirilməsidir.

Ölkəmizdə səhiyyə sisteminin dayanıqlı inkişafını təmin etmək üçün həyata keçirilən bu layihə gələcək əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm əhəmiyyət kəsb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR