“Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci il oktyabrın 27-28-də Bərdədə törədilmiş terrorla bağlı paylaşımında bildirilib.

Qeyd edilib ki, Ermənistan oktyabrın 27-28-də atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə atəşə tutub:

“Hadisə nəticəsində 2 yaşlı qız da daxil olmaqla 27 nəfər həyatını itirib, 70-dən çox insan isə yaralanıb. Ermənistanın törətdiyi hərbi cinayətlərin cəzasızlığına son qoyulmalıdır”.