"Akkord" Korporasiyası TANAP enerji layihəsinin tikintisi üzrə keçirilmiş tenderin qalibi olub

"Akkord" Korporasiyası TANAP enerji layihəsinin tikintisi üzrə keçirilmiş tenderin qalibi olub
13:03 25 Dekabr 2014
68 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün ölkəmizdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modelı yaranıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və müasir məzmunda zənginləşdirilmış sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasıdır.

Elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanan ölkəmizdə sahibkarlığa dövlət dəstəyi nəticəsində iri həcmli Azərbaycan şirkətlərinin ölkə daxilində, eyni zamanda transmilli layihələrdə iştirakının təməli qoyulub.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Transanadolu qaz kəməri (TANAP) konsorsiumu qaz kəmərinin tikintisinə cəlb olunması bu siyasətin məntiqi davamı olmaqla yanaşı, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən qeyri-neft sektorunun inkişafına verdiyi töhfədir.

Avropanın bir sıra aparıcı transmilli korporasiyaları və şirkətləri ilə davamlı və səmərəli əməkdaşlığın qurulmasına nail olmuş “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti uğurunu “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək TANAP boru kəmərinin inşası ilə bağlı “TANAP Doğalqaz İletim A.Ş” şirkəti tərəfindən keçirilən tenderdə qazanıb.

Tenderin şərtlərinə görə boru kəmərinin 375-825 km-ləri əhatə edən hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) tikintisi “Akkord” Korporasiyası tərəfdaşları olan Sicim və Yüksel tikinti korporasiyaları ilə birgə həyata keçirəcəkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR