Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahı məlumat yayıb. Açıqlamaya görə, raketlər qısa mənzilli olub. Yaponiya ordusunun məlumatına görə, raketlər ölkə sərhədini pozmayıb. Bu Şimali Koreyanın bu il təşkil etdiyi 28-ci raket testidir.

Qeyd edək ki, bundan əvvəl Pxenyanın atdığı raket Yaponiya ərazisindən keçərəcək dənizə düşmüş, test zamanı Yaponiyada xəbərdarlıq siqnalları eşidilmişdi. İnsanlara sığınacaqlara getmək barədə çağırışlar edilmişdi.